D.Uorik: “Mavi bayraqlar ləğv edilməlidir”

Britaniyalı sürücülər klubunun rəhbəri Derek Uorik bildirib ki, yarışlardakı mavi bayraqlar və cəzalar ləğv edilməlidir...

F-1.az bildirir ki, Uorik qaydaların öndə olan komandalara üstünlük qazandırdığını və bunun dəyişməli olduğunu düşünür: “Mən həmişə düşünürəm ki, bu cür qaydalar öndəki sürücüləri qorumaq üçün qoyulub. Toplantılarda da öndəki sürücülər qüsursuz yarış keçirmək istədiklərini və buna görə də qaydaların diqqətlə tətbiq edilməsini istəyirlər. Öndəkilər mavi bayraq sallanan sürücüləri sıxışdırırlar. Bəzən geridəki sürücülər buna görə cəza alırlar və öz mübarizələrini apardıqları yerdə nə qədər vaxt itirirlər.

Arxadakı sürücüləri unutmamalı və onlara kömək etməliyik. Mavi bayraqları və bütün cəzaları ləğv edək. Əvvəllər necə idisə, indi də elə olsun. Əgər öndəki sürücü dövrəvi sürücünü keçmək istəyirsə, mübarizə aparsın. Güclü sürücülər mavi bayraq yardımı almadan bunu etsələr, gözəl mübarizələr izləyə bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*