D. Tiktumun yarışdığı seriya superlisenziya balı vermir?

F-1.az bildirir ki, Red Bull-un gənc yetirməsi Den Tiktumun yarışdığı Asiya Formula 3 Qış Seriyası (AWS) FİA-nın dekabr ayında dərc etdiyi Formula1 üçün superlisenziya verən seriyaların siyahısına daxil edilibmiş.

Lakin federasiya keçən həftə dərc etdiyi relizdə bildilib ki, bir seriya superlisenziya balı verməsi üçün minimum 3 müxtəlif trasda keçirilən 5 yarışdan ibarət olmalıdır. AWS isə 3 yarışdan ibarətdir və cəmi iki trasda – Tailanddakı Buriram və Malayziyadakı Sepanq avtodromlarında keçirilir.

Seriyanın 2 yarışı artıq geridə qalıb. Heç də yaxşı start verməyən Den ilk yarışda qəzaya uğrayıb, ikinci yarışda isə texniki problemlərlə qarşılaşıb. Hazırda 8-ci yerdə olan britaniyalı gənc sürücü lisenziya balı üçün ən azı üçüncü olmalıdır. Onun aktivində 35 bal var və Formula1-in qapılarını açmaq üçün daha 5 bal lazımdır.

Lakin üçüncü olsa belə, ona bal veriləcəyi sual altındadır. Seriyanın təşkilatçısı David de Qobbi bu barədə danışıb: “Qoyulan kriteriyalardan xəbərimiz var. FİA bizi siyahıya daxil etdikdə, lisenziya balı verəcəyimizi bilirdik. Lakin sonradan edilən əlavələrə görə məyusuq. FİA-dan bu mövzuda dəqiq açıqlama istəyirik. Biz yerli Formula3 yarışlarının nə qədər vacib olduğunu göstərmək üçün vacib addımlar atmışıq. Eyni zamanda, Asiya Formula3 çempionatının gücləndirilməsi üçün də çalışmalarımızı davam etdirəcəyik”.

Tiktumun seriyanın 23-24 fevral tarixlərində baş tutacaq son yarışına çıxıb-çıxmamaq barədə yaxın günlərdə qərar verəcəyi bildirilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*