F-1.az xatırladır ki, Williams komandası dünən 2023-cü il bolidinin rəng çalarını təqdim edib. Bu cəhətdən boliddə ciddi dəyişiklik yoxdur.
Deyv Robson: “FW45 fəlsəfi cəhətdən təkamül keçib. Bunu görəcəksiniz. Ancaq bu dəyişikliklərin bir hissəsi yeni altlıq reqlamentinə görədir.
Boliddəki ən gözəgörünən dəyişiklik saydpodlardadır. Keçən il Silverstone-da təqdim etdiyimiz konsepti təkmilləşdirdik. Əslində bunu keçən il etmək istəsək də, radiatora görə bacarmadıq”.