F-1.az bildirir ki, əksəriyyət Red Bull-dan radikal qərarla ayrılaraq Renault-ya keçən Rikkardonun bu addımı pula görə atdığını düşünür. Bəziləri isə düşünür ki, Renault avstraliyalı sürücüyə o qədər pul verməkdənsə, texniki sahəyə və bazaya sərmayə qoya bilərdi.
Siril Abitebul: “Renault-nun önəmli sərmayəsi var və buna görə də bu pulu qarşılaya bilərik. Renault-nun gəliri Red Bull-dan 40 dəfə çoxdur. Buna görə narahat deyilik. Əsl sual bu olmalıdır – Pulu bolidə vermək yerinə Danielə vermək doğrudurmu? Bizcə, doğrudur. Bu barədə müzakirələr apardıq. Sonda razılaşdıq. Daniellə müqavilə məntiqlidir və istedadı ilə komandaya çox şey qata bilər. Amma düşündüyünüz kimi fantastik məbləğ ödəmədik”.