D.Rikkardonun pis vərdişləri nədir?

Red Bull komandasının sürücüsü Maks Ferstappen komanda yoldaşı Daniel Rikkardo ilə bağlı bəzi açıqlamalar verib.

F-1.az xatırladır ki, iki sürücü 2016-cı ilin İspaniya Qran Prisindən etibarən komanda yoldaşıdırlar və hər ikisinin performansı bir-birlərinə yaxındır.

Maks Ferstappen: “Rikkardo haqda düşüncələrim çox pisdir. Bizim qonaq otağımız pis iylənir. Zarafatsız o, mükəmməl adamdır. Trasda həmişə bir-birimizi məğlub etmək istəyirik, amma bir yerdə bərkdən gülürük. Bir-birimizə hörmət edirik və dürüst olsaq, yarış karyeramda heç vaxt belə şey görməmişdim. Belə komanda yoldaşına sahib olmaq mükəmməldir. Ümid edirəm ki, birlikdə yarışmağa davam edərik. Onunla uzun illər eyni komandada qalmaq istəyərəm.

Çempionluq uğrunda mübarizə aparsaq, vəziyyət gərgin olar. Amma günün sonunda hörmət etməyə davam edərik. Biri sizdən sürətlidirsə, qəbul etməlisiniz. Biz bunu edə bilirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*