F-1.az xatırladır ki, Red Bull komandası sıralanma turunda güclü təsir bağışlayırıb və Avstriya təmsilçisi 2-ci cərgəni tam zəbt edib.
Rikkardo sabah yaxşı start alaraq, bu mövsüm ilk podiumunu qazanmaq istəyir: “Yenidən mətbuat konfransında olduğum üçün xoşbəxtəm. Sabah çalışacam ki yenə də burada olum. İkimiz də Ferrari sürücülərini qabaqladıq və buna görə sevinirəm. Maks əla iş gördü və ikinci cərgəni qazandıq.
Ən yaxşı dövrəmi atmaq üçün bir az gözləməli oldum. Sona yaxın cəmi bir dövrəm qalmışdı. Amma harada yaxşı nəticə qazana biləcəyimi bilirdim. Buna görə də sadəcə bolidimi sürdüm”.
Rikkardo bildirib ki, Red Bull-un İspaniya performansı onların şassisinin gücündən xəbər verir: “Barselona bu mövsüm asfalta yatma qüvvəsi tələb edən ilk trasdır və biz bu sahədə çox güclüyük.
Bu göstərir ki, bizim güclü şassimiz var. Çox döngəli traslar bizim üçün maraqlı olacaq”.