F-1.az xatırladır ki, Hollandiya 35 ildən sonra Zandfort trası ilə F1 təqviminə qayıdır.
Daniel Rikkardo: “Formula3-də olarkən orada yarışdım və çox diqqətli idik. O trasda sürmək əladır. Yüksək sürətli və cəsarət tələb edən trasdır. Amma dar olduğu üçün ötmələr çətindir və həyəcanlı olmayacaq. Öndəki bolidi izləmək də çətin olacaq. Buradakı yarışlarda azarkeşlər sadəcə maşınların gəlib keçməyini izləyəcəklər”.