D.Rikkardo: “Yersiz danışırlar”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo Niko Hülkenberqə cavab verib və bildirib ki, halo sistemini pisləməklə özünü göstərməsin...

F-1.az xəbər verir ki, 2017-ci il Formula1 mövsümündə sürücülərin başının qorunması sisteminin tətbiqi planlaşdırılır. Mercedes AMG komandası bunun üçün halo dizaynını təklif edib və Ferrari komandası bu sistemi tras üzərində test edən ilk komanda olub.

Sistem test edildikdən sonra əksər sürücülərin tənqidinə tuş gəlib. Lyuis Həmilton bu sistemi istifadə etməyəcəyini deyib. Hülkenberq isə sistemin qorxulu göründüyünü deyib.

Amma Hülkenberqin bu sözləri Daniel Rikkardonun xoşuna gəlməyib və avstraliyalı sürücü həmkarına sərt cavab verib: “Mən eşitdim ki, Hülkenberq bəzi sözlər deyib, hansı ki, mən o sözlərlə razı deyiləm. Bu mövzuda qəhrəmanlıq etməyin yeri yoxdur.

Bu sistem idmana təsir etməyəcək və ya bolidin sürətini azaltmayacaq. Sadəcə uçan obyektlərə qarşı bizi qoruyacaq.

Niyə bu mövzuda özünü göstərir? Bu sözlərin yeri yoxdur.

Formula1 üzrə 2009-cu il mövsümündə bolidlərdə radikal dəyişikliklər oldu və bolidlər o vaxtı da eybəcər idi. Halo sistemi də onlardan fərqlənmir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*