F-1.az xatırladır ki, bu ildən etibarən texniki reqlamentdə dəyişikliklər olacaq və təkərlərin ölçüsü 25 faiz enlənəcək. Bu təkərlər sürücülərə yarışlarda daha çox asfaltla ilişmə və döngələrə daha rahat girmə fürsəti verəcək.
Xatırladaq ki, Ferrari, Mercedes və Red Bull komandaları 2016-cı ildə mövsümiçi testlərdə yeni təkərləri test edə bilmişdilər.
Daniel Rikkardo: “Yeni təkərləri dəyərləndirmək hazırda çox çətindir. Əvvəlcə onlarla bir az sürməliyik. Asfaltla ilişmənin daha çox olacağlna əminik. Bundan başqa boliddə necə dəyişikliklər yaradacağını anlamamışıq. Yenə də bu təkərlər olduqca əyləncəli görünür və əsil nəticələri Barselonada görəcəyik.
Bu il qələbə uğrunda mübarizədə daha rəqabətədavamlı olacağımıza inanırıq. Lyuis Həmiltonun işini çətinləşdirmək üçün əlimizdən gələni edəcəyik”.