F-1.az xatırladır ki, Renault üzərində işlədiyi yeni mühərriyi dünən ilk dəfə Barselonadakı mövsümiçi testlərdə yoxlayıb. Həm Renault, həm də Red Bull bolidində yeni mühərriklər qurulub. Rikkardo testlərdə 6-cı yeri tutsa da, bildirib ki, test istədikləri kimi keçib.
Daniel Rikkardo: “Bəli, indiyə qədər işin gedişatından razıyıq. Görək bu axşam nə yenilik tapacaqlar. Amma çox dözümlü idi və hər şey gözlədiyim kimi qüsursuz idi”.
Jurnalistlər Rikkardodan performans fərqini hiss edib-etmədiyini soruşublar: “Bəli. Qətiliklə deyə bilərəm ki, inkişaf var.
İndi növbəti addımı atmalıyıq. İndi Mercedes-ə çatmaq üçün kiçik bir addıma ehtiyacımız var. Ancaq yaxınlaşırıq. Bu bizi həyəcanlandırır.
Monakoda qələbə qazanmaq üçün yaxşı şansımız olacaq. Həftəsonu əlimizə yaxşı fürsət düşmüşdü. Ancaq Monako daha maraqlı olacaq”.
Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, mühərrikdə istədikləri kimi inkişaf olsa, yeni mühərriyi Kanadada yox, Monakoda istifadə edə bilərlər.
Daniel Rikkardo: “Görək nələr edə biləcəyik. Əgər Monakoya hazır olsa, təbii ki, istəyərik”.