F-1.az xatırladır ki, yeni mövsümdə texniki reqlamentdə çoxlu yeniliklər olacaq. Təkərlərin eninin artması ilə bolidlərin asfaltayatma qüvvəsi çoxalacaq.
Daniel Rikkardo: “Bir dənə onu bilirəm ki, fiziki cəhətdən çətin olacaq. Buna görə də qış fasiləsindən yaxşı istifadə etdim. Özümə ciddi məşq proqramı hazırladım. Artıq daha güclüyəm. Bolidlər çox sürətli görünür. Barselonadakı testlərdə bolidi sürmək üçün səbirsizlənirəm. Ümid edirəm ki, bolidimiz sürətli olar və yeni mövsümdə Mercedes-lərlə daha çox mübarizə apararıq”.