D.Rikkardo yeni müqavilə imzalayıb

McLaren komandasının sürücüsü Daniel Ricciardo zəif performasn göstərsə də, şəxsi sponsoru Singtel Optus ilə müqavilə yeniləyib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü iki mövsümdür ki, özünə bənzəmir. Keçən il komanda toldaşı Norrisə uduzan Dani, bu il də britaniyalıdan 57 xal geridə qalır. McLaren onunla yollarını ayırıb, əvəzinə Piastrini gətirmək istəyir.

Singtel Optus 2020-ci ildən Rikkardo ilə tərəfdaşlıq edir. Avstraliyalı pilot yerli telekomunikasiya şirkətinin “pozitivlik üzrə” səfiridir. Daniel Rikkardo problemlər yaşasa da, hələ də reytinqi olan bir fiqurdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*