D.Rikkardo: “Yeni müqavilə barədə danışmamışıq”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, komandası ilə yeni müqavilə barədə danışmayıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi gələn ilin sonunda bitəcək. Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko da Rikkardonun artıq sürücü bazarında olduğunu deyib. Lakin 28 yaşlı sürücü bu sözləri gülərək qarşılayıb: “Bir dənə onu bilərəm ki, onlarla müqaviləm gələn ilin sonunda bitəcək. Məncə, Helmut buna görə belə açıqlama verib. Gələn il buradayam! Hələ yeni müqavilə barədə danışmamışıq. Sadəcə müqaviləmin bitdiyini deyib. 2018-ci il üçün planları yoxdur. Malayziyadan sonra məyus deyildilər. Məncə, problem yoxdur.

Son illərdə niyə zəif başladığımızı bilmirəm. Amma həmişə geridönüş edə bildik. Bu il topladığımız məlumatlarla gələn il daha güclü ola bilərik. Hamı bunu istəyir. Ümid edirəm ki, bacararıq. Rəqabətədavamlı olmalıyıq. Ümid edirəm ki, bacararıq. Mercedes uzun müddətdir qalib gəlir. Bunu dəyişdirməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*