F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitsə də, 29 yaşlı sürücü yeni müqavilə bağlamaq üçün tələsmirdi. Amma belə görünür ki, Rikkardo tezliklə Red Bull-la yeni müqavilə bağlayacaq.
Daniel Rikkardo: “Yay tətilindən əvvəl müqavilə bağlamaq yaxşı olar. Müqavilənin müddəti problemdir. Çünki növbəti illərdə çox şey dəyişə bilər. Rahatlanıb tətilə getmək istəyirəm. Elə olsa, tətilda özümü yaxşı hiss edə bilərəm. Bir neçə il əvvəl Toro Rosso-dan Red Bull-a keçəndə proses yayda baş vermişdi və tətilim yaxşı keçməmişdi. Red Bull gələn ildən Honda ilə yarışacaq Ümid edirəm ki, hamı üçün yaxşı olacaq”.