F-1.az xatırladır ki, avstraliyalı sürücü İtaliyada Renault-nun yeni mühərriyinə keçdiyi üçün yarışa sonuncu yerdən başlayacaq.
Daniel Rikkardo: “Əslində ilk dövrədə problemlər yaşadıq. Bunları həll etdikdən sonra yaxşı oldu. Məlumatlara baxanda hər şeyin yaxşı olduğunu görürük. Hətta, müsbət tərəfləri də var.
Sonuncu yerdən başlasam da, yanaşmamı dəyişməyəcəm. Yarışa sonuncu yerdən başladağımız üçün sıralanma turuna fikir vermədik və yarış tempinə fokuslandıq”.