F-1.az xatırladır ki, bu il yeni texniki reqlamentə görə bolidlər tamamilə dəyişib, lakin hər komandanın dizayn fəlsəfəsi fərqlidir.
Daniel Rikkardo: “Hələ də keçənilki maşınla oxşarlıqlar var. Buna görə də maşına minib sürətə öyrəşə bilirsiniz. Ancaq bəzi sahələrdə limit fərqlidir. Məncə, yaxşı başladıq.
Digər bolidlərin dizaynına, saydpodlarına baxıram, amma fəlsəfəni anlamıram. Bu, mühəndislərin və aerodinamikaçıların işidir. Onlar fəlsəfələri barədə danışacaqlar və öyrənəcəm. Mən kənardan baxanda ancaq “bu gözəldir, bu yox” deyə bilirəm”.