F-1.az xatırladır ki, avstraliyalı sürücü İtaliyada cümə gününü 6-cı yerdə bağlayıb.
Daniel Rikkardo: “Bolid dolu çənlə daha yaxşı gedir. Yarış tempimizin daha yaxşı olmasını gözləyirəm. Cəzaya baxmayaraq, burada yüksəlmək daha asandır. Düzlüklərdə rəqiblərimizdən sürətli olmasaq da, bolid yaxşı vəziyyətdədir və yaxşı nəticə qazana bilərik. Podiuma yüksəlmək mümkünsüzdür, amma yarışda əlimdən gələni edəcəm. Az da olsa, yağış ehtimalı var. Belə olsa, xeyrimizədir”.