D.Rikkardo: Yaxın həftələrdə qayıtmaq istəyirəm

AlphaTauri-də mövsümün gedişində Nik de Frizin yerini alan avstraliyalı sürücünün müalicəsi davam edir.

F-1.az xatırladır ki, Suzukada keçirilən son yarışda komandanın baş yarış mühəndisi Conatan Eddolls onu sükan arxasına qayıtmasına məcbur etməyəcəklərini, çünki avstraliyalı sürücünün zədələrinin tam sağalmasını istədiklərini söyləmişdi.

Red Bull Racing-in rəhbəri Kristian Horner artıq Rikkardonun Qətər Qran Prisində start alacağına şübhə etdiyini bildirib və Danielin özü də bir neçə həftədən sonra sükan arxasına dönəcəyini gözləyir. Lakin dəqiq tarix gələn həftə simulyator sınaqlarından sonra məlum olacaq.

Daniel Rikkardo: “Simulyatorda qarşıdan gələn iş mənim vəziyyətimi qiymətləndirəcək ilk sınaq olacaq. Bundan sonra növbəti tədbirləri planlaşdırmaq mümkündür. Önümüzdəki bir neçə həftə ərzində mütləq geri qayıtmaq istəyirəm. Plan budur. Yəqin ki, gələn həftənin əvvəlində vəziyyəti daha dəqiq biləcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*