F-1.az xatırladır ki, avstraliyalı sürücü komanda yoldaşı Lando Norrisdən aşkar formada zəifdir. Təcrübəli sürücü Azərbaycan yarışında da zəif performans göstərib. O, sıralanma turunda qəza edərək, yarışa 13-cü yerdə başlayıb və finişə 9-cu yerdə çatıb.
Daniel Rikkardo: “Ən azından Bakıdan xalla ayırlırıq. Şəhər tipli traslarda mübarizə çətindir. İlk dövrədə mübarizəni dayandıra bilərsiniz. Nəticə elə yaxşı olmasa da, bir az təkmilləşmişik.
Boliddə özümü yaxşı hiss edirəm. Bolidin nəyə ehtiyacı olduğunu bilsəm də, bunu icra edə bilmirəm. Çox əsəbpozucudur. Bunu bir dövrə edirəm, ancaq 55 dövrə əlimdən heç nə gəlmir. Səhvlərimizi bağışlaya bilən növbəti trasları səbirsizliklə gözləyirəm. Ardıcıl 3 yarış tempimi yüksəltməyə kömək edəcək”.