F-1.az xatırladır ki, avstraliyalı sürücü turnir cədvəlində Rəykköneni 7 xal qabaqlayır.
Daniel Rikkardo: “Yas Marina sevdiyim traslardandır. Bir az Suzukaya bənzəyir. Yaponiyada bu il ilk dəfə podiuma yüksəldim. Əbu Dabidə də hələ podium görməmişəm. Bu qara seriyaya son vermək istəyirəm. Bu trasdan həzz almaq istəyirəm. Ötmə üçün çoxlu fürsət var və yarış işıqlı havada başlayıb qaranlıqda bitir. Bolidimiz güclüdür və bunu son yarışlarda göstərdik. Mövsümün son yarışında da var qüvvəmizlə mübarizə aparmağa çalışacağıq”.