D.Rikkardo: “Yarışlarda sıralanma turundan daha yaxşı təsir bağışlayacayıq”

Bu gün Avstraliya Qran Prisindən əvvəl sürücülərin mətbuat konfransı keçirilib.

F-1.az xəbər verir ki, konfransda çıxış edən Red Bull-un sürücüsü Daniel Rikkardo bu il yarışlarda sıralanma seanslarına nisbətən yaxşı təsir bağışlayacaqlarını bildirib: “Sıralanma turunda uzun yürüşlər olmur… Yarışlarda daha güclü olacayıq. Bir neçə ildir ki, Formula1-dəyəm və yaxşı bir şassinin bizim üçün nə demək olduğunu əla bilirəm. Testlərə əsasən deyə bilərəm ki, şassimiz yaxşıdır. Amma məlum olmayan şey Mercedes AMG və Ferrari şassilərinin hansı vəziyyətdə olmalarıdır. Mən hələ də onların üstün olacaqlarını gözləyirəm. Biz keçmişdəki kimi mövsümboyu maşınımızı inkişaf etdirə bilsək, onlarla mübarizə aparacayıq. Amma bunlar sadəcə təxminlərdir…”

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*