F-1.az xatırladır ki, Daniil Kvyat yarışın startından sonra Sebastyan Fettelə arxadan iki dəfə çırpılmışdı. Bunun nəticəsində Fettel yarışı vaxtından əvvəl dayandırmış, Daniel Rikkardonun isə təkəri deşilmişdi.
Daniel Rikkardo və Daniil Kvyat pitə gələrək, Rusiyaya gətirdikləri yeganə Medium təkərləri götürmüşdülər.
Kvyat finişə qədər eyni təkərlərlə getsə də, Rikkardo 29 dövrədən sonra pitə gələrək, Soft təkərlərə keçərək yarışı 11-ci yerdə bitirdi. Hər iki Red Bull sürücüsü Medium təkərlərlə istədikləri tempi tuta bilməmişdilər.
Daniel Rikkardo: “İlk döngədəki insidentdən sonra sınaqdan keçirtmədiyimiz bir şey elədik.
Bundan sonra strategiyamız tərs getməyə başladı. Bir insident etdik və yarış bizim üçün orada bitdi.
Daha sonra nəsə etmək üçün Medium təkərləri yoxladıq, amma bolid çox sürüşürdü. Təkərlər də bizə kömək etmədi.
Yarış ilk dövrədən sonra bitmişdi. Heyif oldu. Sonrakı yarşa baxmalıyıq. Ümid edirəm ki, bəziləri yenidən eyni səhvi etməz”.
Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Soft təkərləri sona saxlamaq üçün Medium təkərləri taxmışdılar…