F-1.az xatırladır ki, avstraliyalılar mövsümə pis başlayıblar və hazırda ən sürətli üçüncü komanda təəssüratı yaradıblar.
Daniel Rikkardo: “Həftəsonu bizim üçün pis başladı. Belə olmasını gözləyirdik. Hazırkı paketimizlə rəqabətədavamlı olmağımız çətin məsələdir. Əlimizdən gələni edib podium uğrunda mübarizə aparacağıq. Daha yaxşı nəticə qazanmaq isə mümkünsüzdür. Bəzi hissələrdə güclü idik, amma ümumilikdə Ferrari-dən çox geridə qalırıq. Ancaq işləməyə davam edəcəyik. Yenilənmiş bolidimizlə daha güclü olmaq istəyirik”.