D.Rikkardo: Yarışda hücum rejimində olacam

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, yarışda hücum rejimində olacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücü İtaliyadakı sprint yarışında 3-cü olub və 1 xal qazanıb. O, Bottasın cəza alması ilə yarışa ikinci yerdən start verəcək.

Daniel Rikkardo: “Uzun müddət idi ki, yarışa üçlükdən başlamırdım. Buraya qayıtmaq gözəl oldu. Valtterinin problemi ilə sabahkı yarışda 1 yer qazanacağıq. Yəni ki, ilk cərgədən başlayacağıq. Uzun müddət idi burada olmurdum. Xoşbəxtəm.

Startda hücum rejimində olacam. Bu gün belə etməklə qabağa düşdüm. Yaxşı start aldım və birinci döngədə Maksı keçməyi düşndüm. Amma o, daxili tutmuşdu. Buna görə də sabahı səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*