D.Rikkardo: “Yarış mənimçün çox darıxdırıcı idi”

Rikkardo Britaniya yarışında 4-cü yeri tutduqdan sonra bildirib ki, yarış onun üçün çox darıxdırıcı keçib.

F-1.az xatırladır ki, Rikkardo yarışa 4-cü yerdə başlamışdı və yarışı başladığı yerdə də bitirmişdi. Rikkardo 52 dövrə ərzində çox az ötmə etmiş və yarışı Ferstappendən 18 saniyə geridə bitirmişdi. Avstraliyalı sürücü 5-ci yerdəki Rəykköneni 43 saniyə qabaqlamışdı.

Daniel Rikkardo: “Bu gün lazımi qədər sürətli deyildim. Yarış mənimçün darıxdırıcı keçdi. Virtual təhlükəsizlik avtomobili vaxtı bəxtimiz gətirmədi. Yarışın bu hissəsində liderlə aramızdakı fərq çoxaldı. Bundan sonra təkbaşıma yarışmağa başladım. Önümdə hücum edə biləcəyim yeganə sürücü Peres idi. Ondan sürətli idim və hücum edə bildim. Bundan başqa yarışla bağlı heç bir şeyi xatırlamıram. Dördüncü yerdə sürməkdən narahat olmağa başladım. Bundan daha yaxşısnı etmək üçün fürsətim olmadı. Dediyim kimi virtual təhlükəsizlik avtomobili periodunda bəxtimiz gətirmədi. Bizim üçün səhv vaxtda gəldi və orada 10 saniyə itirdik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*