F-1.az bildirir ki, Rikkardo bunun pis olduğunu düşünmür, çünki sürücülərin fiziki hazırlıq üçün kifayət qədər vaxtları olacaq.
Daniel Rikkardo: “Testlərin gec başlaması müəyyən mənada yaxşıdır. Bu, fiziki hazırlıq üçün daha çox imkan deməkdir. Nə vaxt ki, mövsüm uzun olur, bizim fiziki hazırlığa istədiyimiz qədər vaxtımız qalmır. Hər gün hansısa bir işə həsr olunur və tam bir həftə ərzində məşqlər etmək nadir hallarda mümkün olur.
Şadam ki, bu dəfə hazırlıqlara iki aya yaxın vaxtımız var. Yeni ili qeyd etdikdən dərhal sonra – yanvarın 2-də məşqlərimə başlamağı planlaşdırıram”.