D.Rikkardo: Ya Piastriyə çırpılacaqdım, ya da divara

AlphaTauri komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, əlindən heç nə gəlməyib və Piastriyə çırpılmamaq üçün baryerlərə doğru sürüb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü üçüncü döngədə Oskar Piastrinin arxasından gedərkən divara çırpılıb və sol əlini qırıb. O, yerlisinə vurmamaq üçün baryerlərə çırpılıb və zərbənin təsirindən sükan sərt formada dönərək, Danielin əlini qırıb.

Daniel Rikkardo: “Üçüncü döngəyə gəldiyimi xatırlayıram. Döngəyə çoxdan girmişdim və Piastrini gördüm. Ya ona, ya da divara çırpılacaqdım. Divara çırpılan zaman əlimi sükandan çəkməyə vaxtım olmadı və sükan əlimi burdu”.

Daniel Rikkardo buna görə Niderland Qran Prisini buraxmalı olacaq və onu gənc Liam Louson əvəz edəcək. 35 yaşlı sürücünün neçə yarışı buracacağı hələ məlum deyil. Niderland Qran Prisindən 1 həftə sonra İtaliya Qran Prisi var. Daha sonra isə Sinqapiur və Yaponiya yarışları olacaq. Yəni ki, bizi 5 həftədə 4 yarış gözləyir.

Red Bull Rikkardo üçün MotoGP-nin məşhur cərrahı Şavyer Miri cəlb etmək istəyir. Mir qışda Ləns Strollu əməliyyat etmiş və Aston Martin komandasının sürücüsü qısa müddətdə yarışlara qayıtmışdı.

Lakin Daniel Rikkardo tələsmir və ən sağlam formada yarışlara qayıtmaq istəyir: “Doğrudan da bəxtsizlikdir və bu, əsəbpozucudur. Əlbəttə, mümkün qədər tez sağalmağa çalışacağam.

Sözün açığı, tezliklə qayıtmaq istəyirəm. Ancaq işləri ən doğru formada görməliyik. Belə olan halda güclü və rəqabətədavamlı formada qayıda bilərəm.

Komandaya uğurlar arzu edirəm. Plandakı dəyişikliklərə görə çox məyusam. Bu Liama özünü göstərməsi üçün yaxşı fürsətdir. Həm ona, həm də komandaya güclü həftəsonu və uğurlar arzu edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*