F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Amma 28 yaşlı sürücü yeni müqavilə bağlamağa tələsmir.
Daniel Rikkardo: “Bu idmanda uzun illərdir çıxış edirəm. Amma artıq 23-24 yaşım yoxdur. Öyrənməyə davam edirəm və zirvəyə hələ çatmamışam. Növbəti müqaviləm çox vacibdir. Ya çempion olacam, ya da batacam. Buna görə də gözləyib komandaların gücünü görmək istəyirəm. Bəlkə daha çox alternativim olar. Bəlkə də olmaz.
Böyük ehtimalla, birillik müqavilə olmayacaq. Çoxillik müqavilə olacaq. İki il və daha çox. Buna görə də düzgün qərar verməliyəm”.