D.Rikkardo: “Xal qazanmaq gözəldir”

Formula1 tarixinin 1000-ci yarışında builki ilk xallarını qazanan Daniel Rikkardo xoşbəxtdir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü tək pit-stoplu strategiya seçərək Renault komandası ilə ilk xallarını qazanıb.

Daniel Rikkardo: “İlk xallarımı qazandım və burada olmaq gözəldir. Son yarışlardakı hədəfimiz bu idi. Amma görüləcək işlər çoxdur. Heyif ki, güzgülərimdə Nikonu görmədim. Onun fərqli strategiyada olduğunu düşündüm. Yarışda yalnız idim. Mübarizə aparmasam da, təzyiq hiss etdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*