F-1.az xatırladır ki, uzun müddət ikinci yerə əsas namizəd olan Daniel Virtual Təhlükəsizlik Maşını (VSC) rejimində Rosberqin arxasına düşüb…
Daniel Rikkardo: “Yarışın əvvəlində ilk cərgədən start alanlardan fərqli olaraq SuperSoft təkərlərdə idim. Bu, mənim xeyrimə oldu. Əslində elə də yaxşı start almadım, amma sonra gördüm ki, Niko xarici radiusa doğru yerini dəyişir, ona görə də cəld daxilə girdim. Əgər bir az ləngiməsəydim, ilk döngədən lider kimi çıxa bilərdim, amma 2-ci yer də pis deyildi.
Mən Lyuisdən geri qalmamağa çalışırdım, amma bir müddət sonra Soft təkərlər daha effektli işləməyə başladılar. Düşünürəm ki, finişdə ikinci olmaq üçün əla şansım var idi, amma VSC bizim xeyrimizə olmadı. Məyus olmaq fikrim yoxdur – podiuma qalxmaq xoş idi”.