F-1.az xəbər verir ki, komandaların çoxu xərcləri azaltmaq üçün yeni bolidlərinin şəkillərini internet vasitəsilə yayırlar və təqdimat xərclərini minimuma endirirlər.
Red Bull komandası bu günlərdə Londonda 2016-cı ildə yarışacağı bolidi təqdim edib. Təqdimat zamanı Renault Twitter hesabında “Nə? Video yoxdur? Şəkil yoxdur? GİF yoxdur? Səs yoxdur?” yazıb.
Daniel Rikkardo müasir dövrdəki təqdimatlar barədə fikirlərini bildirib: “Mənim üçün onlayn tədbirlər bir az sünidir. Mövsümlərarası tətil çox uzun olur. Ona görə də bu cür tədbirlərə ehtiyac var. Bu fanlar üçün çox yaxşıdır. Düzdür, bu şəkil göndərməkdən bir az baha başa gəlir, amma onlayn təqdimatların bundan başqa xeyri yoxdur”.
Jan Alezi də keçmişdəki təqdimat mərasimləri üçün darıxır: “Hamı yeni bolidə baxardı. Keçmişdəki təqdimat atmosferi üçün darıxıram.
Ən pisi odur ki, sonuncu yarışdan mövsümöncəsi testlərə qədər heç bir tədbir olmur. Komandalar da bunu bilirlər”.