F-1.az xatırladır ki, avstraliyalı sürücü Belçika yarışında mübarizəni yarıda dayandırıb.
Daniel Rikkardo: “Startda nə baş verdiyini bilmirəm. Əvvəlcə bir dürtmə hiss etdim və önümdəki bolidə doğru sürüşdüm. Buna görə də Kiminin bolidinin arxa tərəfi zədələndi. Əgər onun mübarizəni dayandırmasına səbəb oldumsa, üzr istəyirəm. Amma əminəm ki, qəzanın səbəbi arxada başlayan təmaslar idi. Aşağı sürətli döngədə böyük qəza oldu. Deyilənə görə, Hülkenberq Alonsoya arxadan möhkəm çırpılıb. Arxa qanadım yox idi. Mexaniklər bir dövrə geri düşmədən məni trasa buraxmaq istəsələr də, alınmadı. Təhlükəsizlik maşınını gözlədik. Belə olan halda yenidən rəqiblərimlə eyni dövrədə ola bilərdim. Lakin yarışın bitməsinə 14 dövrə qalmış yeni mühərriyi və ötürmələr qutusunu qorumaq üçün mübarizədən çəkildik. Arxa qanadımı dəyişsələr də, boliddə problem var idi. Bəzi rəqiblərimi keçsəm də, tempimiz zəif idi”.