D.Rikkardo: “Uğurun 75 faizi boliddir”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, çempion olmaq üçün güclü bolid lazımdır.

F-1.az xatırladır ki, son 10 illərdə çempionluqlar məhz güclü bolidin sayəsində qazanılıb.

Daniel Rikkardo: “Lyuis son 4 mövsümün 3-də çempion ola bildi. Amma orta qrup komandasında olsaydı, bunu bacara bilməzdi. Uğurun böyük hissəsi bolidə aiddir. Amma boliddən maksimumu almaq üçün güclü pilot lazımdır. Bolidin uğurdakı payı 75 faizdir. Sürücünü daha çox ön plana çıxara bilsək, əla olar. 50 faiz sürücü payı olsa, daha yaxşı olar. Hazırda Lyuis sonuncu yerdəki sürücünü 3 saniyə qabaqlasa da, real fərq bir saniyədir. Hamımız əslində bir-birimizə çox yaxınıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*