D.Rikkardo: “Uğurumun səbəbi mühərrik yox, özümə olan inamdır”

Monaco QP-nin ikinci sərbəst yürüşlərində Mercedes sürücülərini 0.6 saniyə qabaqlayaraq birinci yeri tutan Daniel Rikkardo bildirib ki, onun bu uğurunun səbəbi yeni Renault mühərriyi yox, özünə olan inamıdır... =

F-1.az xatırladır ki, Rikkardo dünənki 2-ci sərbəst yürüşlərdə ən yaxın rəqibi Lyuis Həmiltonu 0.6 saniyə qabaqlayıb. Mütəxəssislər hesab edirlər ki, Renault-nun yeni mühərriyi Monakoda 0.5 saniyə olmasa da, 0.2 saniyə qazandırıb.

Daniel Rikkardo: “Sözün düzü, boliddə özümə inamım tam olur. Burada ən vacib məsələ budur. Eyni zamanda burada bolidimiz çox güclüdür. Yəni uğurun səbəbkarı həm mühərrikdir, həm də özüməm.

Görək sıralanma turu necə olacaq. Bu gün xoşbəxtəm. Burada bolidi son həddə sürsəniz, daha çox vaxtınız ola bilər.

Burada sürməkdən həmişə həzz almışam. Bu gün nahardan sonra bolidin balansından daha çox razı qaldım. Bolidin hazırkı vəziyyətini dəyişdirəcəyimizi düşünmürəm. Bolidi bu vəziyyətdə şənbə günü sürə bilərik.

Mənim əsas hədəfim bazar günü qalib gəlməkdir. Artıq hiss edirəm ki, vaxtım gəlib. Bu tras uğur qazanmaq üçün ən yaxşı yerdir. Burada özünüzə olan inam ilə özünüzü göstərə bilərsiniz. Mercedes sürətlənəcək və bizə daha yaxın olacaq, amma ümid edirəm ki, öndə qala bilərəm”.

Rikkardo Renault-nun yeni mühərriyini dəyərləndirib: “0.6 saniyə sürətli deyil. Bu çoxdur. Sadəcə bir az sürətlidir. Hazırda 0.1 və 0.2 saniyə aralığındadır fərq”.

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Rikkardonun performansından təsirlənib: “Daniel üçün mükəmməl və təsiredici seans idi. Hər iki təkərlə də Mercedes-dən sürətli idik. Təbii ki, heç kim yanacaq yükünü və mühərrik sazlanmasını bilmir, amma bizim üçün müsbət yönlü başlanğıc oldu. Sıralanma tempində də, yarış tempində də rəqabətədavamlı görünürdük”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*