F-1.az xatırladır ki, Barselonadakı mövsümöncəsi testlərdə Mercedes AMG və Ferrari komandaları çox güclü təsir bağışlayıblar.
Red Bull komandası da əvvəlki mövsümlərdə birincilik üçün mübarizə aparsa da, komandanın avstraliyalı sürücüsü Daniel Rikkardo komandanın bu il ən yaxşı 3-cü komanda olduğunu düşünür: “Əgər yarış sabah olsaydı, harada olacağımızı proqnozlaşdıra bilərdim.
Onu demək istəyirəm ki, Ferrari və Mercedes AMG komandaları olduqca sürətlidirlər.
Əgər yarış Monakoda olsaydı, podiuma çıxmaq şansımız ola bilərdi, amma Avstraliya QP-də bu bir az çətindir.
Bolid keçənilkinə nisbətən yaxşıdır, ona görə də keçənilki yarışa nisbətən daha yaxşı nəticə gözləyirik. Amma Williams və Force İndia da yaxşı vəziyyətdədirlər.
Beşincilik uğrunda mübarizə çətin keçəcək, amma əlimizdən gələni edəcəyik.
Keçən ilin sonunda bolidimiz bəzi yarışlarda yaxşı idi, ancaq daha da yaxşı ola bilərdi. Bu il isə harada olduğumuzu bilmirik.
Avstraliya QP hamı üçün qapalı qutu olacaq, amma mən düşünürəm ki, yaxşı vəziyyətdəyik”.