D.Rikkardo testlərdə niyə geridə qalıb?

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, sazlanmalarda problem yaşayıblar və buna görə də daha bir az inkişaf edə biləcəklərini düşünür.

F-1.az xatırladır ki, Rikkardo yeni bolidləri RB13 ilə keçirdiyi son test günündə 6-cı yeri tutub.

Daniel Rikkardo: “Testlərdə 3-cü günüm yaxşı keçmişdi. Amma sonuncu günümdə inkişaf edə bilmədik. İnkişaf olsa da, sazlanmalarda problem oldu. Ümid edirəm ki, hər şeyi həll edərik. Bolid doğrudan da yaxşıdır və başa düşməliyik. Bu gün demək olar ki, 130 dövrə vurdum. Problem yaşamadım və bu yaxşı hal idi.

Amma hələ də Ferrari kimi performans göstərə bilməmişik. Buna görə də Ferrari hazırda Mercedes-ə ən yaxın komandadır. Onlar bütün testlərdə sürətli oldular. Yarış tempində də bunu göstərdilər. Bu gün sürətli deyildik. Əsl performansımız daha güclüdür, amma onların səviyyəsində deyilik. Onlara çata bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*