F-1.az xatırladır ki, avstraliyalı sürücü son yarışlarda McLaren-ə öyrəşib və yaxşı nəticələr qazanmağa başlayıb.
Daniel Rikkardo: “Türkiyəyə geri qayıdırıq. Burada həmişə maraqlı yarışlar olur. Həftəsonuna yaxşı başlamalıyıq. Bunun üçün çox işləmişik. Keçən il oraya uzun müddətdən sonra qayıtmışdıq və əlimizdə çox məlumat yoxdur. Buna görə də cümə günü çox işləməliyik. Mühəndislər Kubokunda üçüncü yer uğrunda mübarizə aparırıq və hər xal çox vacibdir. Rəqiblərimizi geridə qoymaq üçün əlimizdən gələni edəcəyik. Mövsümün ikinci hissəsinə yaxşı başlamışıq və Türkiyədə tempimizi davam etdirmək istəyirik”.