F-1.az xatırladır ki, avstraliyalı sürücü İtaliyadakı cümə sərbəst yürüşlərində onluğa düşə bilməyib.
Daniel Rikkardo: “Əla gün oldu. Gördüyümüz işdən razıyıq. Birinci sərbəst yürüşlərdə doqquzuncu olsam da, özümü rahat hiss edirdim. Bilirəm ki, daha yaxşısını edə bilərdim. İkinci sərbəst yürüşlərdə də tempim yaxşı idi, amma trasdan çıxdığım üçün zaman nəticəm silindi. Əsas odur bolidin potensialını anladıq. Şənbə günü hər şey qaydasında getsə, yaxşı yerlər əldə edə bilərik. Yarış tempində güclüyük. Sıralanma turunu hazırlaşa bilərik”.