F-1.az xatırladır ki, avstraliyalı sürücü Britaniya yarışında builki ən yaxşı nəticəsini əldə edib.
Daniel Rikkardo: “Bu mövsüm ilk dəfə beşinci oldum və sevincliyəm. Yarış gözlədiyimdən çətin keçdi. Yarışın ilk hissəsində rəqilərim məndən uzaqlaşdı və çata bilmirdim. Bu problemi həll etməliyəm. Pit-stoplardan sonra isə Sayns mənə çatırdı. O, mənə tez çatdı və rahatlıqla keçə bilərdi. Tempi yaxşı idi, amma əlidən gələni edərək onu arxamda saxladım. Yaxşı xallar qazandıq.
Daha yaxşı performans göstərməyə başlayıram. Bolidə olan inamımı artırmaq üçün bir neçə yarışa ehtiyacım var. Bu həftəsonu yaxşı idi. növbəti Macarıstan yarışını çox sevirəm. Ümdi edirəm ki, orada da yaxşı nəticə qazanaram”.