F-1.az xatırladır ki, avstraliyalı sürücü bu il istənilən kimi çıxış etmir. Lakin o, Avstriyada xal qazanıb və uğurunu Pol Rikarda da davam etdirmək istəyir.
Daniel Rikkardo: “Bu həftəsonu Pol Rikar yarışı üçün səbirsizlənirəm. Burada uzun düzlüklər və fiziki cəhətdən adamı yoran 11-ci döngə var.
Pol Rikarda kiçik detallar böyük fərqlər yaradır. Tətildən əvvəl yaxşı nəticə qazanmaq çox vacibdir. Avstriyada xal qazandığım üçün sevincliyəm. Fransa da tempi davam etdirməliyik”.