F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2018-ci ilin son yarışlarında mükəmməl performans gösyərərək, əksər yarışlarda podiuma yüksəliblər. Bəzi mütəxəssislər Red Bull-un şassisinin son yarışlarda daha güclü olduğunu hesab edirlər.
Bu hal gələn il Renault komandasında çıxış edəcək Rikkardonu düşünməyə vadar edib: “Bu idman hərdən insanları çaşdırır. Brazilyada da tempimiz yaxşı idi. Yarışın əvvəlində geridə idim və belə hallarda təkər barədə düşünməli olursunuz. Lakin mən bəzi yerlərdə Mercedes və Ferrari-dən güclü olduğumuzu gördüm. Ötmə etmək çətin olsa da, temp var idi. Bəlkə, biz daha yaxşı sazlanma tapdıq, amma rəqiblərimiz səhv etdi. Bilmirəm. Lakin son yarışlardakı tempimiz göz önündədir”.