F-1.az xatırladır ki, Rikkardo sıralanma turunda Ferstappendən 0.062 saniyə geri qalıb və 6-cı yeri tutub. Amma telemetriya məlumatlarına görə düzlüklərdə 0.1 saniyə vaxt itirib.
Hər iki sürücü də eyni asfalta yatma qüvvəsinə sahib olsa da, Rikkardo Ferstappendən 1.5 km/saat yavaş olub.
Rikkardo problemin nədən ibarət olduğunu hələ də anlamır: “Bu birinci dəfə olmur. Keçən həftə də buna oxşar şeylər oldu. Bu həftə təsiri böyük oldu və bu bir az əsəblərimi pozur. Əlimdən gələn hər şeyi etsəm də, çox vaxt itirdik.
İnanmıram ki, Kimidən öndə olardıq, amma daha yaxın olardıq”.
Rikkardo bildirib ki, Red Bull və Renault ona bilərəkdən heç nə etməyib. Amma bu hal əsəblərini pozur: “Keçən həftə də düzlüklərdə vaxt itirdim. Bilmirəm… Hələ də cavab ala bilməmişəm. Şübhəli nəsə axtarmaq mənimçün ən sonuncu şeydir. Bəzən də bəxtim gətirdi. Yanacağın axması ilə bağlı bir şey ola bilər. Bir müddət idi ki, çox sürətli idim. Sadəcə eynisini istəyirdim. Hər ikimiz də eynisini istəyirik. Amma bu gün doğrudan da əsəblərim pozuldu”.
Rikkardo ümid edir ki, Ostindəki mühərrik dəyişikliyindən bu problem həll olunacaq: “İkimiz də sonrakı yarışda yeni mühərrik götürəcəyik və ümid edirəm ki, hər şey həll olunar. Amma hazırda problemin nə olduğunu bilmirəm. Tapmağa çalışırlar. Asfalta yatma qüvvəsi eyni idi. Gördüyünüz kimi döngələrdə yaxşı idim, amma düzlüklərdə itirdim. Bunun səbəbkarı mən deyildim. Bu il eyni hadisə ilə bir neçə dəfə rastlaşdıq. Başqa söz tapmıram…”