F-1.az xatırladır ki, avstraliyalı sürücü ilin sonunda McLaren-dən ayrılır. Onun adı Alpine-lə hallansa da, fransızlar Qaslini seçiblər.
Daniel Rikkardo: “Düzünü desəm, Qasli haqda məlumatlı idim. Bilirdim ki, onunla maraqlanırlar. Hazır idim və təəccüblənmədim. Mən yenə öz yolumdayam. Görək indi nə edirik.
Lakin gələn il peletonda olmayacam və bu reallıqdır. Bəlkə, qabağımıza yaxşı fürsətlər çıxar”.