D.Rikkardo strategiyadan razıdır

Əbu Dabi QP-nin sıralanma turunda 3-cü olan Rikkardo bildirib ki, ikinci sessiyadakı təkər strategiyasına görə sevinclidir.

F-1.az xatırladır ki, ikinci sessiyada digər sürücülər UltraSoft təkərlərlə sürətli dövrə vursalar da, Red Bull komandasının sürücüləri risk edərək sürətli dövrələrini SuperSoft təkərlərlə atıblar.

Daniel Rikkardo: “Risk etməli idik, yoxsa başqa cür şansımız olmayacaqdı. Üçüncü sessiyadakı son cəhdimdə mükəmməl dövrə ata bildim. Buna görə də sevincliyəm. Kiçik fərqlə də olsa, Kimini keçmək vacib idi. Bu il ikinci sessiyada fərqli təkər strategiyası yoxlamaq trend olub. Ümid edirəm ki, əlimizə gözəl fürsət keçər və strategiya ilə önümüzdəkiləri keçərik.

Amma bilirik ki, qarşıda uzun yarış var. Hər şey ola bilər. Öndəki sürücülər çempionluq üçün bir-birilə mübarizə aparacaqlar, amma bu bizim mübarizəmiz deyil. Onlara hücum edəcəyimə əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*