F-1.az xatırldır ki, avstraliyalı sürücü 8-ci döngədə Maqnussenə hücum edərkən rəqibinə arxadan təmas edib. Nəticədə danimarkalı sürücü yerində fırlanaraq, mübarizəni dayandırıb. Ona çırpılan Rikkardo da mübarizədən kənar qalıb.
Yarışdan sonra insidenti araşdıran stüardlar Rikkardonu günahkar görüblər. Buna görə də 33 yaşlı pilota Əbu Dabi yarışının startında 3 yer cəzası və lisenziyasına 2 cərima balı yazıblar.