F-1.az xatırladır ki, avstraliyalı sürücü San Paulu Qran Prisinin ilk dövrədin Kevin Maqnussenlə yaşadığı insidentə görə Əbu Dabi Qran Prisinin startında 3 yer itirəcək.
Daniel Rikkardo: “Mən Əbu Dabidəki yarışın başlamasını səbirsizliklə gözləyirəm və mövsümün bu son günlərində əlimdən gələni edəcəyəm. Düşünürəm ki, trasda maraqlı mübarizə olacaq, çünki yeni maşınların ötmə potensialı daha çoxdur. MCL36-nın sükanı arxasında son rəqsi etmək əla olacaq. Bütün diqqətimi mövsümü mümkün qədər yüksək səviyyədə başa vurmağa yönəltmişəm”.