D.Rikkardo: Son yarış kimi hiss etmirəm

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Əbu Dabidə son yarışına çıxacaqmış kimi hiss etmir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü ilin sonunda McLaren-dən ayrılır və növbəti mövsüm üçün heç bir komanda ilə müqaviləsi yoxdur.

Daniel Rikkardo: “Özümü yaxşı hiss edirəm. Zehni cəhətdən son yarışım kimi hiss etmirəm, amma ola bilər. Gələcək üçün heç nə dəqiq deyil. Hazırda işimə köklənmək və həzz almaq istəyirəm. Emosiyalara qapılmaq istəmirəm. Həmişəki kimi davranacam. Ümid edirəm ki, gələn il yenidən mənim yaraşıqlı üzümü görə bilərsiniz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*