F-1.az xatırladır ki, sıralanma turunda Mercedes sürücüləri ilk iki yeri tutduğu halda, Rəykkönen 3-cü, Ferstappen 4-cü, Sebastyan Fettel isə 5-ci olub.
Rikkardo inanır ki, sabahkı yarışda yaxşı performans göstərərək, bugünkü səhvlərini kompensə edəcək: “Sözün açığı, bir az məyusam. Yaxşı ilk sektordan sonra boliddən daha artığını almaq istədim. Burada bir neçə dəfə xırda səhvlər etdim və bu mənə baha başa gəldi. Belə baxanda 3-cü yer ilə 6-cı yer arasında 0.1 saniyə olduğunu görürəm. Bəzi döngələrdə səhv etməmək üçün özümü stresli hiss edirdim. Bilimirəm, qarışıq sessiya oldu. Növbədə uzun yarış var və hər şey ola bilər”.