F-1.az xatırladır ki, avstraliyalı Əbu Dabidə sıralanma turunda 5-ci olub və yarışa UltraSoft təkərlərlə başlayacaq.
Daniel Rikkardo: “Bu gün çox əyləncəli idi. Elə bildim Kimini keçmişəm, amma məni cüzi fərlə qabaqladı. Əsəbpozucudur. Dördüncü olsam, daha xoşbəxt olardım. Amma son sessiyaya UltraSoft təkərlə qala bildim. Məncə, bu böyük addımdır. Çünki iki təkər arasında bir saniyə fərq var. Buna görə də son sessiyaya qalmaq üçün mükəmməl dövrə vurmalı idim. Onuncu olub son sessiyaya qaldım. Üçüncü sessiyada ilk cəhdim yaxşı olsa da, daha sonra Mercedes və Ferrari-lər yaxşı dövrələr vurdular. Beşinci və altıncıyıq. Ümid edirəm ki, təkərlərimiz Ferrari və Mercedes-ə nisbətən daha az yeyilər. Belə halda mübarizə apara bilərik. Önümüzdə iki Ferrari var. Podium uğrunda mübarizədə onlar öndədirlər. Əlimdən gələni edib onları keçməyə çalışacam. Həftəsonu ərzində son sektorda güclü idik. Buna görə mübarizə apara bilərik. Bu trası sevirəm. Görək nə olur”.