F-1.az xatırladır ki, avstraliyalı sürücü Sinqapurdakı sıralanma turunda 8-ci yeri tutub. Lakin sıralanma turundan sonra FİA-nın apardığı araşdırmadan MGU-K generatorunun qaydalarda müəyyən ediləndən daha çox enerji sərf etdiyi ortaya çıxıb. Rikkardo 120 kW-lıq eenrji həddini keçib və buna görə də sıralanma turundakı nəticələri silinib.
Çox güman ki, 30 yaşlı sürücü yarışa son cərgədən başlayacaq.